Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 95-100, Quba-Xaçmaz bölgəsi çaylarında 100-195, Lənkəran-Astara bölgəsi çaylarında 40-125, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan MR-sı çaylarında isə normanın 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 105 m3/s, ongünlük normanın 78 faizini (2010-cu ildə 71,0 m3/s olmaqla 53 faizini) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 68,0 m3/san olmaqla, ongünlük normanın 101 faizini (2010-cu ildə 50,0 m3/s olmaqla 50 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 411 sm (2010-cu il avqustun 18-də 498 sm), Şirvanda 287 sm (2010-cu il avqustun 18-də 440 sm ), Salyanda 289 sm (2010-cu il avqustun 18-də 445 sm), Bankədə 249 sm (2010-cu il avqustun 18-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 156 sm (2010-cu il avqustun 18-də 200 sm) təşkil edir.