Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqust ayının ilk günlərində Respublika çaylarının sululuğunda əsasən azalma müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Quba-Xaçmaz bölgəsi çaylarında 80-95, Lənkəran-Astara bölgəsinin çaylarında 90, Kiçik Qafqazın çaylarında 90-95, Naxçıvan MR-sı çaylarında isə normanın 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 97 m3/san, yəni ongünlük normanın 73 faizini (2010-cu ildə 105 m3/san olmaqla 79 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 46 m3/san, yəni ongünlük normanın 66 faizini (2010-cu ildə 64 m3/san olmaqla 92 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 428 sm (2010-cu il avqustun 03-də 570 sm), Şirvanda 307 sm (2010-cu il avqustun 03-də 505 sm ), Salyanda 305 sm (2010-cu il avqustun 03-də 526 sm), Bankədə 249 sm (2010-cu il avqustun 03-də 324 sm), Araz çayının Novruzlu məntəqəsində isə 143 sm (2010-cu il avqustun 03-də 290 sm) təşkil edir.