Xəbərlər

Avqust ayına olan hava proqnozu

01 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Yağıntıların ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ortalarında arabir güclənən şimal küləyinin üstünlüyü temperaturun ötən günlərə nisbətən aşağı enəcəyinə və norma daxilində tərəddüd edəcəyinə səbəb olacaq.

Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 27-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-7 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında
Orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 29-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 32-55 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında
Orta aylıq temperaturun 25-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 37-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-24 mm), bəzi yerlrədə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında
Orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 16-21, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 34-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-116 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 32-37 dərəcə isti, ayrı-ayrı günlərdə 40-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında
Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti, ayrı-ayrı günlərdə 36-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı gözlənilir.