Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 İyul 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük və Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 75-115, Naxçıvan MR çaylarında isə 90-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 188 m3/san, yəni ongünlük normanın 90 faizini (2010-cu ildə 160 m3/san olmaqla 77 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 71 m3/san, yəni ongünlük normanın 63 faizini (2010-cu ildə 192 m3/san olmaqla 171 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 438 sm (2010-cu il iyulun 18-də səviyyə 673 sm), Şirvanda 323 sm (2010-cu il iyulun 18-də səviyyə 598 sm), Bankədə 260 sm (2010-cu il iyulun 18-də səviyyə 354 sm), Salyanda 327 sm (2010-cu il iyulun 18-də səviyyə 605 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2010-cu il iyulun 18-də səviyyə 398 sm) təşkil edir.