Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
12 İyul 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyul ayının ikinci ongünlüyünün əvvəllərində Respublika çaylarının sululuğunda azalma müşahidə olunmuşdur. Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 70-130, Kiçik Qafqaz çaylarında 80-110, Naxçıvan MR-nın çaylarında isə 100-140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 172 m3/san, yəni ongünlük normanın 83 faizini (2010-cu ildə 148 m3/san olmaqla 71 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 98 m3/san, yəni ongünlük normanın 88 faizini (2010-cu ildə 95 m3/san olmaqla 85 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 459 sm (2010-cu il iyulun 12-də səviyyə 824 sm), Şirvanda 334 sm (2010-cu il iyulun 12-də səviyyə 616 sm), Bankədə 257 sm (2010-cu il iyulun 12-də səviyyə 361 sm), Salyanda 311 sm (2010-cu il iyulun 12-də səviyyə 612 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2010-cu il iyulun 12-də səviyyə 414 sm) təşkil edir.