İyun ayı ərzində “Qaynar xətt”ə 119 müraciət daxil olub
07 İyul 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin iyun ayı ərzində ETSN-nin “Qaynar xətt”inə 119 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 22, aşma təhlükəsinin olması ilə əlaqədar 53, atmosfer havasının çirklənməsi ilə bağlı 9, məişət tullantılarının qalaqlanması ilə bağlı 14, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 12, yerin təkindən istifadə ilə bağlı 2, faunanın mühafizəsi ilə bağlı isə 4 müraciət daxil olmuşdur.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüş, 12 müraciət isə öz təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 53 müraciətdən 47-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmiş, 1 müraciət əsassız hesab edilmiş, 5 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy və faunanın mühafizəsi ilə əlaqədar daxil olmuş 44 müraciətdən 10-u ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş, 4 müraciət icradadır. 30 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülmüşdür.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.