Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 İyul 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, son günlər Respublika ərazisində havaların isti və yağmursuz keçməsi ilə əlaqədar bəzi dağ çaylarında sululuğun bir qədər azalması, lakin Böyük Qafqazın şimal-şərqindəki yüksək dağlıq ərazilərdə temperaturun yüksəlməsi, qarın və buzlaqların əriməsi nəticəsində Qusarçay və Qudyalçay çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba- Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-125, Balakən-Şəki bölgəsi çaylarında 70-113, Lənkəran-Astara bölgəsi çaylarında 40-140, Kiçik Qafqaz çaylarında 40-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 230 m3/san, yəni ongünlük normanın 77 faizini ( 2010-cu ildə 223 m3/san olmaqla ongünlük normanın 75 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 95 m3/san, yəni ongünlük normanın 65 faizini ( 2010-cu ildə 125 m3/san olmaqla ongünlük normanın 86 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin azalma müşahidə olunmuşdur. Belə ki, iyul ayının 01-dən 07-nə qədər Surra məntəqəsində suyun səviyyəsi 52 sm, Şirvanda 80 sm, Salyanda 110 sm, Bankədə 30 sm, Araz çayının Novruzlu məntəqəsində isə 65 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 445 sm (2010-cu il iyulun 7-də səviyyə 686 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 322 sm (2010-cu il iyulun 7-də səviyyə 620 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 320 sm (2010-cu il iyulun 7-də səviyyə 620 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 261 sm (2010-cu il iyulun 7-də səviyyə 366 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2010-cu il iyulun 7-də səviyyə 410 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.