Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
24 İyun 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2011-ci ilin 01-15 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı yol verilmiş qanun pozuntularına görə 94 akt və 8 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 85 icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 19 iş üzrə 1406900 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 14 iş üzrə 3250,03 manat məbləğində iddia qaldırılmış, əmələ gələn tullantıların ətraf mühitə atılmasına (axıdılmasına) görə idarə və müəssisələrə isə 129 iş üzrə 11276 manat məbləğində ödəmə tətbiq edilmişdir.