Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
23 İyun 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyunun 22-də axşam saatlarından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artmış, Türyançay, Ağçay, Hamamçay və Kürmükçay çaylarından qısamüddətli daşqın keçmişdir.
Hazırda Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-455, Balakən-Şəki bölgəsi çaylarında 90-202, Lənkəran-Astara bölgəsi çaylarında 100-450, Kiçik Qafqaz çaylarında 65-90, Naxçıvan MR çaylarında isə 135 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 m3/san, yəni ongünlük normanın 111 faizini ( 2010-cu ildə 566 m3/san olmaqla ongünlük normanın 140 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 190 m3/san, yəni ongünlük normanın 114 faizini ( 2010-cu ildə 138 m3/san olmaqla ongünlük normanın 83 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 545 sm (2010-cu il iyunun 23-də səviyyə 799 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 474 sm (2010-cu il iyunun 23-də səviyyə 723 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 515 sm (2010-cu il iyunun 23-də səviyyə 719 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 327 sm (2010-cu il iyunun 23-də səviyyə 421 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 315 sm (2010-cu il iyunun 23-də səviyyə 535 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.