2011-ci ilin 5 ayı ərzində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 790 akt və 291 protokol tərtib olunmuşdur
14 İyun 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2011-ci ilin 5 ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 790 akt və 291 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 334 icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 296 iş üzrə 1189548 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 260 iş üzrə 351403,48 manat məbləğində iddia qaldırılmış, əmələ gələn tullantıların ətraf mühitə atılmasına (axıdılmasına) görə idarə və müəssisələrə isə 1607 iş üzrə 498150,38 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tədbir görülməsi üçün Məhkəmə İcraçılarına göndərilmiş 247 işdən 61-nə, məhkəmələrə göndərilmiş 83 işdən 37-nə, hüquq mühafizə orqanlarına göndərilmiş 49 işdən 15-nə baxılaraq müvafiq tədbir görülmüşdür.