Bakıda Azərbaycan-Latviya ətraf mühitin bərpasına yönəli yaşıl iqtisadiyyat üzrə Biznes Forum işə başladı
06 İyun 2011, 00:00
06 iyun 2011-ci il tarixdə Azərbaycanda səfərdə olan Latviya Respublikasının Ətraf Mühit və Regional İnkişaf Naziri cənab Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etdilər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan-Latviya ətraf mühitin bərpasına yönəli yaşıl iqtisadiyyat üzrə Biznes Forum işə başladı.
Forumu giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov ölkəmizin iqtisadi uğurları, ətraf mühitin mühafizəsi, yaşıllaşdırma, suyun keyfiyyətinin yüksəldilməsi, vəhşi təbiətin bərpası və digər sahələrlə bağlı həyata keçirilən ekoloji layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Eyni zamanda, ekoloji cəhətdən dünyanın əlverişli ölkələrindən biri olan Latviyanın ətraf mühit problemlərinin həllində texnologiyalardan istifadə baxımından yaxşı təcrübəsi olduğunu, Azərbaycana gələn nümayəndə heyətinin tərkibində tullantı sularının emalı, içməli suların təmizlənməsi, bərk tullantıların emalı və digər sahələrdə təcrübəsi olan təşkilatların nümayəndələri ilə fikir mübadiləsi aparılacağını qeyd etdi. Bu baxımdan Latviya şirkətlərinin Azərbaycanda yaxşı partnyorlar tapa biləcəyini də vurğuladı.
Latviyanın Ətraf Mühit və Regional İnkişaf Naziri Raymonds Veyonis isə çıxışı zamanı çirkli ərazilərin təmizlənməsi, tullantıların idarə olunması, içməli su sahələri üzrə Latviyanın yaxşı təcrübəsi olduğunu və Azərbaycana bu sahələr üzrə yardım göstərə biləcəyini söylədi.
Tədbirdə hər iki Nazir forumla bağlı jurnalistləri maraqlandıran sualları da cavablandırdılar.
Qeyd edək ki, Azərbaycan-Latviya ətraf mühitin bərpasına yönəli yaşıl iqtisadiyyat üzrə Biznes Forum iyunun 8-dək işini davam etdirəcək.