Xəbərlər

5 iyun “Ümumdünya Ətraf Mühit günü” ilə əlaqədar Zığ qəsəbəsində iməcilik keçirilmişdir

04 İyun 2011, 00:00

5 iyun “Ümumdünya Ətraf Mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Zığ qəsəbəsində iməcilik keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Nazirliyin əməkdaşları ilə yanaşı QHT, İctimai Birliklərin ümumilikdə 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 50 m3-ə qədər məişət tullantısından təmizlənmişdir.
Keçirilən tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etmək olmuşdur.