Xəbərlər

Nazirlik Bakı şəhərindəki yaşıllıqlar barədə sərəncam vermir

04 İyun 2011, 00:00

Bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı şəhəri Bakıxanov qəsəbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan yaşıllıq sahəsinin baxımsız vəziyyətdə qaldığı və hazırda hasara alındığı barədə məlumat yayılıb.
Bildiririk ki, Bakı şəhərində Nazirliyə aid heç bir yaşıllıq ərazisi mövcud deyil. ETSN-yə aid olan yaşıllıqlar yalnız meşə fondu torpaqlarında yerləşir ki, onlar da şəhərdən kənardadır.
Qeyd edək ki, Nazirlik Bakı şəhərində mövcud olan yaşıllıqlarla əlaqədar sərəncam vermək hüququna malik deyil.