Şikayət məktubu əsasında araşdırma aparılıb
04 İyun 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 18 fevral 2011-ci il tarixində Lənkəran rayonu Biləsər və Daşdatük kəndlərinin ətrafındakı meşələrin qırılaraq Hirkan qəsəbəsində yerləşən çay fabrikinin ərazisində taxta materialı kimi saxlanılması barədə daxil olmuş şikayət məktubu Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Aparılan araşdırma zamanı çay fabrikinin ərazisində dövlət nömrə nişanı olmayan Lənkəran rayonu Bürcəli kənd sakini Miriyev Anara məxsus ZİL 131 markalı avtomobildə 3,98 m3 həcmində fısdıq cinsindən ibarət işlik girdə materialın olduğu müəyyən edilmişdir. Qanunsuz olaraq Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı meşə dolayının ərazisindən 3 ədəd yaş köküstə fısdıq ağacını kəsdiyi üçün A.Miriyev barəsində protokol tərtib olunmuş, ümumilikdə ona 1199,57 manat iddia və cərimə tətbiq edilmişdir.
13 may 2011-ci il tarixdə Nazirliyin əməkdaşları tərəfindən yenidən Lənkəran rayonunun Biləsər və Daşdatük kəndlərinin ətrafında yerləşən Hirkan Milli Parkının və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazilərinə baxış keçirilmişdir.
Baxış zamanı Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin ərazisində diametri 32-48 sm olan 17 ədəd fısdıq və palıd cinslərindən ibarət 24,42 m3, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı dolayının ərazisində isə diametri 24-44 sm olan 6 ədəd palıd, vələs və fısdıq cinslərindən ibarət 5,58 m3 həcmində ağacların kəsilərək aparıldığı müəyyən olunmuşdur.
Təbiətə dəymiş ziyana görə Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə gözətçisi Məmmədəli Quliyev və Hirkan Milli Parkının mühafizə yegeri Yaşar Nuriyevin barəsində inzibati qaydada tədbir görülmüş, təbiətə dəymiş ziyan hər iki şəxs tərəfindən ödənilmişdir.