Xəbərlər

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanmışdır

01 İyun 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2011-ci ilin may ayı ərzində Respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilmişdir.
Keçirilən reydlər zamanı Bakı şəhəri Qaradağ rayonu ərazisində “Kamaz” markalı 42-BK-264 dövlət nömrə nişanlı yük maşını saxlanılmışdır. Baxış zamanı maşının yük yerində qanunsuz yolla əldə edilmiş 3088,98 manat nırx dəyərində, 15,91 m3 həcmində fısdıq cinsli ağaclardan hazırlanmış taxta materialının olduğu müəyyən edilmiş və müvafiq qaydada sənədləşdirilmişdir.
Faktla bağlı toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
Maşında olan qanunsuz yolla əldə edilmiş meşə materialı maddi sübut kimi saxlanılır.
Hazırda reydlər davam etdirilir.