Xəbərlər

İyun ayına olan hava proqnozu

31 May 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 1 dərəcə yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Yağıntıların ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-20, gündüzlər 23-28 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-12 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 24-29 dərəcə isti, ayrı-ayrı günlərdə 31-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında
Orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 8-13, gündüzlər 17-22 dərəcə isti, ayrı-ayrı günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında
Orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 13-18, gündüzlər 24-28 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında
Orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 16-21, gündüzlər 25-30 dərəcə isti, ayrı-ayrı günlərdə 32-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-50 mm) olacağı, bəzi yerlərdə isə bir qədər çox gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında
Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-28 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.