Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 May 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, 21-25 may 2011-ci il tarixlərində Respublikanın əksər ərazilərinə yağan leysan xarakterli yağışlar nəticəsində Kürə tökülən çaylarda sululuq artmış və nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınmışdır.
Belə ki, 24-25 may tarixlərində Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 36, Surrada 54, Şirvanda 30, Salyanda 18, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 53 sm artmışdır.
Hazırda Kür çayının aşağı axınında müşahidə olunan səviyyələr keçən illə müqayisədə xeyli aşağıdır. Belə ki, mayın 25-də müşahidə olunan hazırki səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Zərdab məntəqəsində 143, Surrada 163, Şirvanda 155, Bankədə 100, Araz çayının Novruzlu məntəqəsində isə 208 sm aşağıdır.