Ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir
25 May 2011, 00:00
Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində palıd ağaclarında aşkarlanmış ziyanverici həşəratlara qarşı zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət qrup 18.05.2011-ci il tarixdə əraziyə baxış keçirmişdir.
Baxış zamanı ziyanverici həşəratların Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi olan “Dəyişik İpəksarıyan” olduğu müəyyənləşdirilmişdir.
Qeyd edək ki, sözügedən ziyanvericinin tırtılları, əsasən, aprel ayının 20-dən sonra yumurtadan çıxaraq meşə sahəsinə yayılmağa başlayır. Belə ki, həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır və meşələrə sürətlə yayılır.
ETSN-nin mütəxəssisləri zəruri tədbirlər həyata keçirərək, xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilərlə sirayətlənmiş ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirmişlər.
Ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınmışdır.
Hazırda ərazi nəzarət altındadır.