23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar iməcilik keçirilmişdir
21 May 2011, 00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
21 may 2011-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilmişdir.
İməcilikdə Nazirliyin əməkdaşları iştirak edərək 5 hektar sahədə 3000 ədəd zeytun ağacı əkmişlər.
Peşə bayramı ilə bağlı iməciliklər Respublikanın yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında da keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı yaşıllıqların qorunmasında diqqətli olmağa, onların yararsız vəziyyətə düşməsinə şərait yaradan hallara biganə qalmamağa çağırır.