Abşeron yarımadasının çirkab sulardan təmizlənməsi prosesi davam etdirilir
20 May 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər akvatoriyasının təmizlənməsinə və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına yönəldilmiş tədbirlər çərçivəsində yarımadanın çirkab sulardan təmizlənməsi prosesi davam etdirilir. Nazirlik tərəfindən Xəzər dənizinin Abşeron yarımadası akvatoriyasında quraşdırılmış 17 ədəd çirkab sutəmizləyici qurğu vasitəsi ilə dənizə axıdılan çirkab su mənbələri mütəmadi olaraq təmizlənir və eyni zamanda, təmizlənmə arealı genişləndirilir.
Təmizlənmə prosesinin davamlı olması və səmərəliliyin artırılması məqsədi ilə ETSN tərəfindən daim daha keyfiyyətli çirkab sutəmizləyici qurğuların alınmasına üstünlük verilir. 2007-ci ildə Mərdəkan qəsəbəsi “Qızıl Qum” istirahət zonası yaxınlığında quraşdırılan modul tipli bioloji təmizləmə qurğusu da bu qəbildəndir. Qeyd edək ki, keçən müddət ərzində bu modul tipli qurğu vasitəsi ilə həmin ərazidə 64 min m2 bataqlıq sahə çirkab sulardan təmizlənmiş və bununla da ərazinin təmizlənməsi başa çatmışdır.
Sözügedən qurğunun modifikasiyasına görə modul tipli olması digər çirkab su mənbələrinin təmizlənməsi üçün də əlverişli şərait yaradır. Buna görə də, həmin qurğunun yeri dəyişdirilərək Sumqayıt sahil zolağındakı 4 axar üzərində quraşdırılaraq istismara verilmişdir.
Sözügedən axarlar vasitəsilə axıdılan çirkab suların yığılması bu məqsədlə daxili imkanlar hesabına tikilmiş çirkab su anbarına yönləndirilmiş və bu anbardan qurğuya boru xətləri çəkilmiş, qurğu elektrik ötürücü xətlərlə təchiz olunmuş, dənizə 30 m uzunluğunda çıxış xətti çəkilmiş, çirkab su anbarına və qurğunun içərisinə nasoslar qoyulmuş, hava kompressoru tənzimlənmişdir.
Qeyd edək ki, qurğu Sumqayıt bələdiyyəsinin balansına təhvil verilmişdir.