Qanunsuz balıq ovu ilə bağlı şikayət yerində araşdırılmışdır
20 May 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına Mil-Muğan və Baş Şirvan kollektorlarında qanunsuz olaraq balıqların ovlanması ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
28-30 aprel 2011-ci il tarixlərində Salyan və Neftçala rayonları ərazisində Mil-Muğan və Baş Şirvan kollektorlarının Xəzər dənizinə çıxış hissəsinə yaxın yerlərdə keçirilmiş reydlər zamanı 13 sahibsiz qayıq və 15 ədəd tor aşkar edilmişdir. Aşkar olunmuş qayıqların sahiblərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qanunu pozmuş vətəndaşlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi sahəsində işlər davam etdirilir.
11 may 2011-ci il tarixində Baş Şirvan kollektorunun Bakı şəhərinin Qaradağ rayonu ərazisində keçirilən növbəti reyd zamanı isə Salyan rayonu Qarabağlı kənd sakini Zülfü Nuriyev torla qanunsuz balıq tutarkən Nazirliyin əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur.
Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.