Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 May 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə may ayının 14-16-da yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin Balakənçay, Talaçay, Mazımçay çaylarından qısamüddətli daşqın keçmişdir. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Kiçik Qafqazın çaylarında 75-85, Naxçıvan MR-sı çaylarında isə normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 840 m3/san, yəni ongünlük normanın 112 faizini (2010-cu ildə 760 m3/san olmaqla 102 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 245 m3/san, yəni ongünlük normanın 120 faizini (2010-cu ildə 242 m3/san olmaqla 119 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 743 sm (2010-cu il mayın 16-da səviyyə 915 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 645 sm (2010-cu il mayın 16-da səviyyə 822 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 570 sm (2010-cu il mayın 16-da səviyyə 818 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 391 sm (2010-cu il mayın 16-da səviyyə 489 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 478 sm (2010-cu il mayın 16-da səviyyə 694 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.