Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 May 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə may ayının 1-ci ongünlüyünün sonunda Respublika ərazisində yağan yağışlar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 75-105, Quba-Xaçmaz bölgəsi çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 55-135, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR-sı çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 950 m3/san, yəni ongünlük normanın 132 faizini (2010-cu ildə 818 m3/san olmaqla 114 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 391 m3/san, yəni ongünlük normanın 197 faizini (2010-cu ildə 325 m3/san olmaqla 164 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 722 sm (2010-cu il mayın 10-da səviyyə 898 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 621 sm (2010-cu il mayın 10-da səviyyə 769 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 366 sm (2010-cu il mayın 10-da səviyyə 483 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 530 sm (2010-cu il mayın 10-da səviyyə 786 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 458 sm (2010-cu il mayın 10-da səviyyə 673 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.