Qlobal Ekologiya Fondunun keçirdiyi tədbirdə ETSN-nin mütəxəssisi ilə yanaşı QHT nümayəndəsi də iştirak edəcək
02 May 2011, 00:00
3-4 may 2011-ci il tarixlərində Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Respublikalarının nümayəndələrindən ibarət işçi qrupunun İsveçrədə keçiriləcək görüşünə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də dəvət olunub.
Keçiriləcək görüşdə Azərbaycan tərəfindən ETSN-nin Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Oqtay Cəfərov ilə birlikdə Qeyri Hökumət Təşkilatının nümayəndəsi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov da iştirak edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə həlli vacib olan ekoloji məsələlərin aradan qaldırılması yollarının müzakirə olunması, birgə təkliflərin hazırlanması və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə qarşılıqlı sıx əməkdaşlıq edir.