Respublika ərazisində “Yer günü” ilə əlaqədar tədbirlər keçirilmişdir
23 Aprel 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 22 aprel “Yer günü” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında geniş təbliğat işləri aparır.
2011-ci ildə də “Yer günü”nün yüksək səviyyədə qeyd olunması ilə bağlı Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına əsasən Respublikanın bütün yerli meşə
təsərrüfatlarında, həmçinin Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında iməciliklər təşkil olunmuşdur.
“Yer günü” ərəfəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin 20-dən artıq üzvü Şirvan Milli Parkında olmuş və oranın biomüxtəlifliyi ilə yaxından tanış olmuşlar.
Bakı şəhəri 225 saylı və Sumqayıt şəhər 11 saylı orta məktəblərdə, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli məktəbdə, Qazax rayonu Aşağı Salahlı kəndi, Tovuz şəhəri 2 nömrəli, Xaçmaz şəhər 9 saylı,Qəbələ rayonu 4 saylı, İsmayıllı rayonu 1 saylı, Qax rayonu Qaxbaş kənd 2 nömrəli, Şəki rayonu Baltalı kənd və bir sıra digər orta məktəblərdə Nazirliyin mütəxəssisləri məktəblilərlə görüşlər keçirmiş, foto müsabiqələr təşkil olunmuş, ərazilərdə yeni yaşıllıqlar salınmış, onlara qulluq edilmiş, təmizlik və abadlıq işləri həyata keçirilmişdir.