Xəbərlər

Kür çayının yuxarı axınında səviyyənin bir qədər artacağı gözlənilir

21 Aprel 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Kür çayının Gürcüstan ərazisindəki Tiflis məntəqəsində suyun səviyyəsi son 2 gün ərzində 108 sm artmış, su sərfi 736 m3/san təşkil etmişdir.
Kür çayının Ağstafa rayonundakı Qıraqkəsəmən məntəqəsində isə suyun səviyyəsi son 2 gün ərzində 31 sm artmış, su sərfi 655 m3/san təşkil etmişdir.
Suyun Kür çayının Tiflis məntəqəsindən Qıraqkəsəmən məntəqəsinə qədər gəlib çatma müddətini, eyni zamanda aprelin 24-dək arabir intensivləşəcək yağışları nəzərə alaraq Kür çayının yuxarı axınında səviyyənin bir qədər artımı gözlənilir.
Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar respublikanın dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.