Xəbərlər

ETSN-nin təşkil etdiyi iməcilikdə “Jurnalistlərin ekologiya məktəbi”nin məzunları da iştirak etdi

16 Aprel 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 16 aprel 2011-ci il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirildi.
İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov başda olmaqla Nazirliyin əməkdaşları, media nümayəndələri, o cümlədən ETSN-nin nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi”nin məzunları da iştirak edərək 5 hektar sahədə 4000 ədəd sərv ağacı əkmişlər.
Tədbirin sonunda məktəbi bitirən jurnalistlərə H.Bağırov tərəfindən sertifikatlar təqdim olundu.
Xatırladaq ki, “Jurnalistlərin ekologiya məktəbi” 2010-cu ilin avqust ayında ETSN-nin nəzdində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər sahələrdə jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə yaradılmışdı.
Ağacəkmə ilə bağlı iməciliklər Respublikanın bütün meşə təsərrüfatlarında, həmçinin Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.