Xəbərlər

ELAN

14 Aprel 2011, 00:00

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 05 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar jurnalistlər arasında “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə müsabiqə elan edir.
Müsabiqənin məqsədi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması,
Müsabiqə 15 mövzu olmaqla 5 istiqamət üzrə keçirilir:
Hər istiqamət üzrə 3 mövzu təklif olunur.

I. Ekoloji təhlükəsizliyin təminatı üzrə
Mövzular:
a) Su ehtiyatları və onlardan səmərəli istifadənin təbliği;
b) Torpaq eroziyaları və səhralaşmanın qarşısının alınması;
c) Maldarlığın inkişafının ətraf mühitə təsiri.

II. “Yaşıl” texnologiyanın tətbiqi üzrə
Mövzular:
a) Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və onların təbliği;
b) Müasir texnologiyanın tətbiqi vasitəsilə tullantıların azaldılması
c) Texnologiyaların tətbiqi sahəsində Dövlət siyasəti.

III. Mövcud ekoloji problemlər
Mövzular:
a) Məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi;
b) Atmosfer havasının mühafizəsində görülən tədbirlər;
c) Su mənbələrinin çirklənməsinin qarşısının alınmasında görülən tədbirlər.

IV. Meşələrin artırılması və mühafizəsi
Mövzular:
a) Meşələrin yanğından mühafizəsi;
b) Meşələrin bərpası və artırılması;
c) Meşə fondunun mühafizəsinin təbliği və yeni yaşıllıqların salınmasında ictimaiyyətin rolu.

V. Biomüxtəliflik nominasiyası:
Mövzular:
a) Nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərin mühafizəsi;
b) Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərin mühafizəsi;
c) Əhalinin ekoloji maarifləndirilməsində Milli Parkların əhəmiyyəti.
Müsabiqədə iştirak:

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazı və telesüjetlərə aid tələblər:

1. Yazı və telesüjet elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.
2. Müsabiqədə hər jurnalist və telerepartyor yalnız bir mövzu üzrə iştirak edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazıda və telesüjetdə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

5. - Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),
- A4 formatda çap (3 nüsxədə, müəllifin imzası göstərilməməlidir)
- Elektron variantı (Times New Roman şriftində - 12, CD formatında)
-Telesüjetlər isə DVD formatında (3 nüsxədə, müəllifin imzası göstərilməməlidir) təqdim edilməlidir.

6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox, telesüjetlər isə 5 dəqiqədən az olmamalıdır.

7. Tələb olunan sənədlər
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti
3) Şəxsi VÖEN və surəti
4) Şəxsi bank rekvizitləri
5) İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):



Yazı və telesüjetlər aşağıdakı meyarlarla qiymətləndiriləcək:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq və maarifləndiricilik səviyyəsi;
- yazının və reportajın dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Hər istiqamət üzrə müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar müəyyən edilmişdir:

I yer- 1000 manat
II yer- 800 manat
III yer- 500 manat

Həvəsləndirici mükafat- 300 manat


Qaliblər, həmçinin, müvafiq diplomla da təltif olunacaqlar.

Yazılar və telesüjetlər 18 aprel -27 may 2011-ci il tarixədək rəsmi iş günləri saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləfi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Ünvan : Bakı şəhəri, Mətbuat pr. 523 m.
Telefon : (012) 537-19-41, (012) 537-19-45

www.kivdf.gov.az