Xəbərlər

“Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirildi

13 Aprel 2011, 00:00

13 aprel 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə birlikdə 05 iyun Ümumdünya ətraf mühit günü münasibətilə jurnalistlər arasında keçiriləcək “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə müsabiqə ilə bağlı mətbuat konfransı keçirdi.
Mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir sıra KİV nümayəndələri iştirak etdi.
Mətbuat konfransını giriş sözü ilə açan Nazir H.Bağırov ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi, qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılması məqsədilə təşkil olunan müsabiqənin 15 mövzu olmaqla 5 istiqamət üzrə keçirildiyini bildirdi.
Daha sonra V.Səfərli müsabiqənin şərtləri haqqında məlumat verərək hər istiqamət üzrə qaliblər üçün mükafatların təyin olunduğunu qeyd etdi.
Tədbir zamanı qəzet redaktorları müsabiqə ilə bağlı təklif və fikirlərini də söylədilər.
Sonda H.Bağırov jurnalistləri maraqlandıran sualları cavablandırdı.