Xəbərlər

Ağacəkmə ilə bağlı iməciliklər davam etdirilir

09 Aprel 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 09 aprel 2011-ci il tarixdə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 14-cü kilometrliyində iməcilik təşkil olunmuşdur.
İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri başda olmaqla Nazirliyin əməkdaşları ilə birgə “Yaşıl Bakı” İctimai Birliyinin üzvləri də iştirak edərək 4 hektar sahədə 3000 ədəd sərv və zeytun ağacları əkmişlər.
Ağacəkmə ilə bağlı iməciliklər Respublikanın bütün yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilmişdir.
Nazirlik Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir və bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq digər dövlət və qeyri dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.