Şəki Regional Hidrometeorologiya Müəssisəsində araşdırma aparılmışdır
07 Aprel 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, müəssisənin direktoru Akif Abbasov fəaliyyətinin son illəri ərzində müvafiq ixtisaslı gənc kadr potensialından istifadə etməmiş, mütəxəssislərə ehtiyac olduğu halda təcrübəsiz, müəssisənin fəaliyyət profilindən xəbərsiz olan şəxsləri işə cəlb etmişdir.
Həmçinin, bu işçilərin əksəriyyətinin müəssisənin direktoru ilə qohumluq əlaqəsində olduğu da məlum olmuşdur.
Şəki RHM-nin tabeliyindəki Qəbələ və Oğuz Hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirinin müvafiq əmri ilə Şəki Regional Hidrometeorologiya Müəssisəsinin direktoru A.Abbasov, bir sıra hidrometeoroloji stansiya və məntəqə rəhbərləri tutduqları vəzifədən azad edilmiş, mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilmişdir.