Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Aprel 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 120-155, Quba-Xaçmaz bölgəsi çaylarında 90-190, Kiçik Qafqaz və Naxçıvan MR çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 25-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 483 m3/san, yəni ongünlük normanın 103 faizini (2010-cu ildə 530 m3/san olmaqla ongünlük normanın 113 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 134 m3/san, yəni ongünlük normanın 97 faizini (2010-cu ildə 127 m3/san olmaqla ongünlük normanın 92 faizi) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 5 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində nisbətən azalma müşahidə olunmuşdur.
Surra məntəqəsində suyun hazırki səviyyəsi 537 sm (05 aprel 2010-cu il tarixdə 756 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm); Şirvanda 421 sm (05 aprel 2010-cu il tarixdə 664 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm); Salyanda 370 sm (05 aprel 2010-cu il tarixdə 680 sm, 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm); Bankədə 289 sm (05 aprel 2010-cu il tarixdə 425 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm); Araz çayının Novruzlu məntəqəsində isə 245 sm (05 aprel 2010-cu il tarixdə 500 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.