Şikayət məktubları yerində araşdırılmışdır
01 Aprel 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2 və 8 saylı dolaylarının ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş şikayət məktubları Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Nazirliyin elektron poçt ünvanına İbad Yusubov adından daxil olmuş Masallı rayonu Qəriblər kəndi ətrafındakı meşənin gözətçisi Yaşar Məlikov tərəfindən ağacların qanunsuz kəsilməsi barədə şikayət məktubu araşdırılan zaman Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 8 saylı dolayının ərazisində 85,73 m3 həcmində 68 ədəd müxtəlif cinsli ağacların (vələs, palıd, fısdıq və ağcaqayın) qanunsuz kəsilərək aparıldığı aşkar edilmişdir.
Nazirliyin əməkdaşlarının başqa bir şikayətlə bağlı Qəriblər meşəbəyliyinin 2 saylı dolayına baxış keçirdikləri zaman həmin ərazidə 6,69 m3 həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdir.
Aşkar olunmuş faktlarla əlaqədar Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Abuturab Bağırov tutduğu vəzifədən azad olunmuş, meşəbəyi Oktay Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görülmüşdür.
Təbiətə dəymiş ziyan meşə gözətçiləri Adil Mirzəyev və Yaşar Məlikov tərəfindən ödənilmişdir.
Hazırda həmin ərazilər nəzarətə götürülmüşdür.