Xəbərlər

Aprel ayına olan hava proqnozu

01 Aprel 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 4-9, gündüzlər 12-16 dərəcə isti, bəzi günlərdə 20-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası

Orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 2-7, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında

Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-4 dərəcə isti, bəzi günlərdə 4-6 dərəcə şaxta, gündüzlər 7-11 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm), bəzi yerlərdə isə bir qədər çox olacagı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl

Orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 3-7, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-40 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında

Orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-20 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 48-103 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, ayrı-ayrı günlərdə 20-25 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 6-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-34 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında

Orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 12-17 dərəcə isti, ayrı-ayrı günlərdə 18-20 dərəcəyədək yüksələcək, ikinci ongünlüyün əvvəlində isə 5-7 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-63 mm), bəzi yerlərdə isə bir qədər çox olacagı gözlənilir.