Xəbərlər

Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir

31 Mart 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1 yanvar-27 mart 2011-ci il tarixlərində ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilmişdir.
Keçirilmiş reydlər zamanı Zaqatala rayonu ərazisində qanunsuz ovla məşğul olan 7 nəfər (7 ov silahı və 9 patron), Balakən rayonu ərazisində 4 nəfər (4 ov silahı və 8 patron), Qax rayonu ərazisində 1 nəfər (1 ov silahı və 1 patron), Oğuz rayonu ərazisində 2 nəfər ( 2 ov silahı və 2 patron), İsmayıllı rayonu ərazisində 12 nəfər (12 ov silahı və 23 patron), Ağsu rayonu ərazisində 3 nəfər ( 3 ov silahı və 5 patron), Şamaxı rayonu ərazisində 1 nəfər (1 ov silahı və 2 patron), Şabran rayonu ərazisində 6 nəfər (6 ov silahı və 38 patron), Siyəzən rayonu ərazisində 1 nəfər (1 ov silahı və 4 patron), Xızı rayonu ərazisində 1 nəfər ( 1 ov silahı və 1 patron), Xaçmaz rayonu ərazisində 1 nəfər (1 ov silahı və 4 patron), Qusar rayonu ərazisində 5 nəfər (5 ov silahı və 22 patron), Göygöl rayonu ərazisində 1 nəfər (1 ov silahı və 2 patron), Salyan rayonu ərazisində 1 nəfər (1 ov silahı və 2 patron), Kürdəmir rayonu ərazisində 1 nəfər (1 ov silahı və 1 patron), Bərdə rayonu ərazisində 1 nəfər (1 ov silahı və 1 patron), Yevlax rayonu ərazisində 1 nəfər (1 ov silahı), Goranboy rayonu ərazində 1 nəfər (1 ov silahı və 1 patron), Astara rayonu ərazisində 4 nəfər ( 4 ov silahı və 8 patron) saxlanılmış və həmin şəxslərin hər biri inzibati qaydada cərimə olunmuşlar.
Eyni zamanda, Bərdə rayonu ərazisində qanunsuz ovla məşğul olan 5 şəxsin olduğu avtomobil saxlanılmışdır. Lakin həmin şəxslər sənədlərini və ov silahlarını verməkdən imtina etdiklərinə görə Ağcabədi Rayon Polis şöbəsinə müraciət edilmişdir.
Ümumilikdə, 2011-ci ilin 1yanvar - 27 mart tarixlərində keçirilən reydlər zamanı 59 nəfər qanun pozucusundan 54 ov silahı, 134 patron götürülmüş və həmin şəxslərə 43 000 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Bundan başqa, Nazirliyin aidiyyəti qurumlarının əməkdaşlarının respublika ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, bazarlarda və həmçinin, yol kənarlarında keçirdikləri reydlər zamanı Bakı şəhərində yerləşən “Top Qapısı”, “Cənnət Gəncə”, “Şəki” restoranlarında, Kürdəmir rayonu dəmiryolu stansiyasının yaxınlığındakı kafedə, Biləsuvar rayonu Xıllı kəndi və Hacıqabul rayonu Padar kəndlərinin yol kənarlarında qanunsuz ovlanmış çöl quşlarının satışı faktları aşkar edilmişdir. Faktlarla bağlı qanunamüvafiq qaydada akt və protokol tərtib edilmiş, qanun pozucuları inzibati qaydada cərimə olunmuş, götürülmüş ov quşları isə yandırılaraq məhv edilmişdir.