Xəbərlər

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir

30 Mart 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Şamaxı rayonunun qışlaq ərazisinin Küdrü adlanan sahəsində avtomobillə qanunsuz ovla məşğul olan Bakı şəhər sakini Elxan Əliyev və 3 ərəb mənşəli şəxs saxlanılmışdır. Avtomibildən E.Əliyevə məxsus 1 ov tüfəngi aktlaşdırılaraq götürülmüş və həmin şəxs barəsində inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Samux Ovçuluq Təsərrüfatının ərazisində də qanunsuz ovla məşğul olan Samux rayonu Qədili kənd sakini Razin Daşdəmirov saxlanılaraq ondan 1 ov tüfəngi və 1 patron götürülmüşdür. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə edilmişdir.