Yaz əkin kampaniyası davam etdirilir
25 Mart 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələri, həmçinin “Azəryaşlandşaf” ASC-nin əməkdaşları tərəfindən bayram günlərinin olmasına baxmayaraq respublikanın bütün bölgələrində meşə əkini işləri intensiv olaraq davam etdirilmişdir.
Bu ilin mart ayının 17-də yaz əkini mövsümünə start verilməsindən keçən qısa müddət ərzində ümumilikdə respublika üzrə 730 hektar ərazidə yaşıllaşdırma işləri aparılmış, Bakı şəhəri və onun ətrafındakı 120 hektar sahədə isə 170 min ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilmişdir.
Xatırladaq ki, 17 mart 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkini mövsümünə başlanılması ilə əlaqədar geniş müşavirə keçirilmişdir. Müşavirədə Nazirliyin aidiyyəti struktur bölmələrinə respublika ərazisində yaz əkini mövsümündə aparılan meşə əkini və yaşıllaşdırma işlərinin qısa müddətdə başa çatdırılması tapşırılmışdır.
Hazırda yaşıllaşdırma işləri davam etdirirlir.