Xəbərlər

Ağac əkini ilə bağlı yaz mövsümünə start verildi

19 Mart 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz əkin mövsümü ilə bağlı iməciliklərin keçirilməsinə başlanmışdır.
19 mart 2011-ci il tarixində Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun Suraxanı dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolun sol tərəfinin 5 hektar sahəsində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 300-ə yaxın əməkdaşının iştirakı ilə ümumilikdə 4 mindən çox zeytun ağacı əkilmişdir.
Ağacəkmə ilə bağlı iməciliklər Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilmişdir.
Nazirlik yaz mövsümü ilə əlaqədar Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir. Bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər dövlət və qeyri dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.