Saatlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılmışdır
18 Mart 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Saatlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Aparılan araşdırma zamanı Saatlı rayonun Bəylər kəndində yerləşən “Sərin” restoranının ərazisində Mil-Muğan Meşə Meliorasiya İdarəsinə aid meşə sahəsində yaş köküstə,
müxtəlif diametrli 5 ədəd göyrüş eləcə də, yol kənarında müxtəlif vaxtlarda 7 ədəd söyüd və 8 ədəd müxtəlifcinsli ağacların kəsildiyi müəyyən edilmişdir.
Faktla bağlı protokol tərtib olunmuş və təbiətə dəymiş ziyana görə Mil-Muğan Meşə Meliorasiya İdarəsinə qarşı inzibati tədbirlər həyata keçirilir.