Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Mart 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mart ayının ikinci ongünlüyünün əvvəllərində yağan yağıntılarla əlaqədar dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur.
Belə ki, Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 230-285, Kiçik Qafqaz çaylarında 80-120, Quba-Xaçmaz bölgəsi çaylarında 80-170, Lənkəran-Astara bölgəsi çaylarında 95-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 181 m3/san, yəni ongünlük normanın 68 faizini (2010-cu ildə isə 638 m3/san olmaqla, ongünlük normanın 239 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 94 m3/san, yəni ongünlük normanın 100 faizini ( 2010-cu ildə isə 98 m3/san olmaqla, ongünlük normanın 104 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 614 sm (14 mart 2010-cu il tarixdə səviyyə 665 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 520 sm (14 mart 2010-cu il tarixdə səviyyə 573 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 341 sm (14 mart 2010-cu il tarixdə səviyyə 384 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 466 sm (14 mart 2010-cu il tarixdə səviyyə 590 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 347 sm (14 mart 2010-cu il tarixdə səviyyə 405 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.