Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
01 Mart 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, fevral ayının 3-cü ongünlüyündə yağan yağıntılarla əlaqədar dağ çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Belə ki, Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 235-365, Quba-Xaçmaz bölgəsi çaylarında 120-175, Lənkəran-Astara bölgəsi çaylarında 210-265, Kiçik Qafqaz çaylarında 110-155, Naxçıvan Muxtar Respublikası çaylarında isə 80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 160 m3/san, yəni ongünlük normanın 82 faizini (2010-cu ildə 265 m3/san olmaqla ongünlük normanın 137 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 74 m3/san, yəni ongünlük normanın 97 faizini (2010-cu ildə 95 m3/san olmaqla ongünlük normanın 125 faizi) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, fevral ayı ərzində Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 132, Zərdabda 216, Surrada 157, Şirvanda 137, Salyanda 126, Bankədə 55, Araz çayının Novruzlu məntəqəsində isə 92 sm artım müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun hazırki səviyyəsi 617 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 505 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 341 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 463 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 342 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.