Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir
26 Fevral 2011, 00:00
22-24 fevral 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Ağgöl Milli Parkının ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılmış və ondan 1 ədəd ov tüfəngi götürülmüşdür. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Cəlilabadda, Zəvvar Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ov edən Cəlilabad rayon sakini Tofiq Hacıyev saxlanılmışdır. Ondan 1 ədəd ov tüfəngi, 7 ədəd patron götürülmüş və həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunaraq inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir.
İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı Diyalı kəndindəki göllərdə qanunsuz ovla məşğul olan Vüsal Xələfov, Rəşad Şahbaz-zadə, Cavanşir Xələfov, Tərlan Babayev və Gündüz Həmzəyev saxlanılmış və onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi götürülərək aktlaşdırılmışdır. Qanunu pozmuş şəxslərin hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşlar.
Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə burada çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunmuşdur. Qurğular dağıdılaraq məhv edilmiş, torlar isə yandırılmışdır.
Kürdəmir şəhərində keçirilən reyd zamanı dəmiryol stansiyasının yaxınlığındakı kafedə ov quşlarının satışı aşkar olunmuş və aktlaşdırılmışdır. Götürülmüş 2 ədəd ördək və 3 ədəd qaşqaldaq yandırılaraq məhv edilmişdir.