Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 Fevral 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 235-265, Kiçik Qafqaz çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 80-170,
Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 80-90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 155 m3/san, yəni ongünlük normanın 80 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 74 m3/san, yəni ongünlük normanın 97 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, fevral ayının 15-dən bu günə kimi Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 29, Zərdabda 63, Surrada 65, Şirvanda 60, Salyanda 71, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 62 sm artım müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun hazırki səviyyəsi 602 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 488 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 337 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 442 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 325 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.