Xəbərlər

Lənkəran meşələrində və Hirkan Milli Parkında yoxlama aparılır

19 Fevral 2011, 00:00

Lənkəran rayonunun meşələrində və Hirkan Milli Parkının ərazisində ağacların qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş siqnal əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən geniş yoxlama aparılır.
Yoxlamanın ilkin nəticələrinə görə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı dolayında Lənkəran rayon sakini Anar Miriyev tərəfindən üç ədəd 3,98 m3 həcmində fısdıq ağacının kəsildiyi müəyyən olunmuş və həmin şəxsə təbiətə vurulan ziyana görə 199,57 manat, yol verdiyi inzibati xətaya görə 1000 manat, ümumilikdə 1199,57 manat məbləğində iddia və inzibati cərimə tətbiq edilmişdir.
Qeyd olunan faktla bağlı Hirkan Milli Parkının yegeri Pənah Nuriyev tutduğu vəzifədən azad olunmuşdur.
Ərazidə aparılan yoxlamalar davam etdirilir.