Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
17 Fevral 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, fevral ayının 1-ci yarısında ayrı-ayrı günlərdə temperatur rejiminin nisbətən yüksəlməsi və dağlıq ərazilərdə qarın tədricən əriməsi, eyni zamanda son günlər yağan yağıntılarla əlaqədar dağ çaylarında xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda dağ çaylarında normadan yüksək sululuq müşahidə edilir. Belə ki, Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 220-270, Kiçik Qafqaz çaylarında 125-160, Lənkəran-Astara bölgəsi çaylarında 155-195, Naxçıvan Muxtar Respublikası çaylarında isə 90-180 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 165 m3/san, yəni ongünlük normanın 96 faizini (2010-cu ildə isə 190 m3/san olmaqla ongünlük normanın 111 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 52 m3/san, yəni ongünlük normanın 74 faizini ( 2010-cu ildə isə 99 m3/san olmaqla ongünlük normanın 141 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, fevral ayının 1-dən bu günə kimi Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 104, Zərdabda 138, Surrada 77, Şirvanda 61, Salyanda 43, Bankədə 31, Araz çayının Novruzlu məntəqəsində isə 11 sm artım müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun hazırki səviyyəsi 537 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 429 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Salyanda 380 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Bankədə 317 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 261 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.
Kür çayında hazırki səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Yevlax məntəqəsində 51, Zərdabda 170, Surrada 137, Şirvanda 148, Bankədə 74, Araz çayının Novruzlu məntəqəsində isə 151sm aşağıdır.