Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilmişdir
14 Fevral 2011, 00:00
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Suzanna Jeykob və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisad Komissiyasının Baş Katibinin müavini Jan Kubişin imzası ilə məktub daxil olmuşdur.
Məktubda qeyd olunur ki, BMT-nin Avropa İqtisad Komissiyasının ekoloji siyasət üzrə komitəsinin 2-5 noyabr 2010-cu il tarixlərində Cenevrə şəhərində keçirilən on yeddinci sessiyasında Azərbaycan, Belarusiya, Rumıniya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilmişlər.
Eyni zamanda, BMT-nin Avropa İqtisad Komissiyasının Nazirlər Şurasının birinci iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin planlaşdırıldığı bildirilir.