Respublikanın çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət
19 Yanvar 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlərdə dağlıq ərazilərdə yağan qarın tədricən əriməsi və yağan yağıntılar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunur. Belə ki, Balakən-Şəki bölgəsinin çaylarında yüksək sululuq ongünlük normanın 225-310 % -ni, Lənkəran-Astara bölgəsi çaylarında 170-180 %-ni, Quba-Xaçmaz və Kiçik Qafqazın çaylarında isə 130-180 %-ni təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 125 m3/san təşkil edir (ongünlük normanın 78 %-i ).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 63,0 m3/san təşkil edir (ongünlük normanın 94 %-i ).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində ötən günlərə nisbətən azalma müşahidə olunur. Belə ki, Surra məntəqəsində suyun hazırki səviyyəsi 471 sm (2010 - cu il mayın 21-də maksimal səviyyə 955 sm təşkil etmişdir), Şirvanda 370 sm (2010 - cu il mayın 18-də maksimal səviyyə 853 sm təşkil etmişdir), Bankədə 293 sm (2010 - cu il mayın 18-də maksimal səviyyə 503 sm təşkil etmişdir), Salyanda 195 sm (2010 - cu il mayın 18-də maksimal səviyyə 855 sm təşkil etmişdir), Araz çayının Novruzlu məntəqəsində isə 242 sm (2010 - cu il mayın 21-də maksimal səviyyə 734 sm təşkil etmişdir) təşkil edir.