Xəbərlər

Yanvar ayına olan hava proqnozu

13 Yanvar 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvar ayının bininci ongünlüyündə temperaturun iqlim normasından bir qədər aşağı olacağı, ikinci və üçüncü ongünlükdə isə müsbət anomaliyanın üstünlüyü gözlənilir. Orta hesabla isə temperatur iqlim normasına yaxın olacaq.
Yanvar ayı ərzində Respublika üzrə yağıntıların miqdarının əsasən iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-4, bəzi günlərdə 0-4, gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 2-7 dərəcə şaxta (gecələr 7-12, bəzi günlərdə 18-23 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında

Orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 1-6, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, ayın sonunda 8-10 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı ehtimal olunur.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında

Orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-8 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında

Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında

Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-4 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 63-98 mm) olacağı ehtimal olunur.