Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Yanvar 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlər yağan yağıntılar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqaz və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunmaqdadır.
Belə ki, Balakən-Şəki bölgəsinin çaylarında sululuq ongünlük normanın 120-260 % -ni, Quba-Xaçmaz bölgəsinin çaylarında ongünlük normanın 135-170%-ni, Kiçik Qafqaz çaylarında isə ongünlük normanın 150 %-ni təşkil edir. Normaya yaxın və normadan bir qədər çox sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 80-125% -ni təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 133 m3/san (ongünlük normanın 83 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 70 m3/san (ongünlük normanın 104 %-i ) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində ötən günlərə nisbətən azalma müşahidə olunur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun hazırki səviyyəsi 467 sm (21 may 2010-cu ildə maksimal səviyyə 955 sm), Şirvanda 373 sm (18 may 2010-cu ildə maksimal səviyyə 853 sm), Bankədə 293 sm (18 may 2010-cu ildə maksimal səviyyə 503 sm), Salyanda 210 sm (18 may 2010-cu ildə də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 250 sm (21 may 2010-cu ildə maksimal səviyyə 734 sm) təşkil edir.