Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Yanvar 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq (ongünlük normanın 120-260 %-i), Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normadan aşağı sululuq (ongünlük normanın 50-70%-i) müşahidə olunur.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 112 m3/san (ongünlük normanın 68,7 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 53 m3/san (ongünlük normanın 75,1 %-i ) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun hazırki səviyyəsi 496 sm (21 may 2010-cu ildə maksimal səviyyə 955 sm), Şirvanda 385 sm (18 may 2010-cu ildə maksimal səviyyə 853 sm), Bankədə 301 sm (18 may 2010-cu ildə maksimal səviyyə 503 sm ), Salyanda 213 sm (18 may 2010-cu ildə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 266 sm (21 may 2010-cu ildə maksimal səviyyə 734 sm) təşkil edir.